Unibank biznes sahibləri üçün UPOS xidmətini pulsuz etdi

Unibank  POS-terminal xidmətinə qoşulmaq istəyən sahibkarlar üçün bütün əməliyyatları komissiyasız edib. Dekabrın 31-dək davam edən kampaniya çərçivəsində onlayn UPOS xidmətinə  qoşulan yeni müştərilər üçün qoşulma, xidmət haqqı və bütün əməliyyatlar 0 % komissiyalı olacaq. Bank biznes sahiblərinə çox rahatlıqla-  POS-terminal cihazı almadan, xidmət haqqı ödəmədən və onlayn şəkildə qoşulmaq imkanı yaradıb.

Qeyd edək ki,  UPOS -ödənişləri mobil telefon vasitəsilə qəbul etmək üçün yaradılan POS-terminal xidmətidir.

UPOS-un əsas üstünlükləri:

  • Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;
  • 7/24 onlayn şəkildə qoşulma imkanı;
  • Asanlıqla daşınabilən mobil cihazlardan istifadə edirsiniz;
  • Xidmət haqqı və aylıq ödəniş tələb olunmur.

UPOS-a qoşulmaq da çox asandır. Xidmətə istənilən vaxt qoşula bilərsiniz. Telefonunuzdakı UBank Biznes mobil əlavəsinə daxil olaraq, “UPOS” bölümündə ümumi məlumatları daxil edib, ödənişləri qəbul edəcəyiniz hesabı seçirsiniz. Elektron müqaviləni imzaladıqdan sonra sorğu tamamlanır və bankın təsdiqinin ardınca ödənişləri istər öz mobil cihazınızda, istərsə də seçiminizə uyğun digər əməkdaşlarınızın mobil cihazlarından qəbul edə biləcəksiniz.

Xidmət haqqında ətraflı bankın saytından (https://unibank.az/az/corporatemenus/585/upos) məlumat almaq olar.

“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank- Sənin Bankın!

Related posts

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

BOKT “İnternational” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı