Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank-da Yeni Təyinatlar - BBN

Unibank-da Yeni Təyinatlar

Unibank-da kadr potensialının gücləndirilməsi və strateji istiqamətlər üzrə inkişafın sürətləndirilməsi məqsədilə yeni təyinatlar həyata keçirilib.

Axundzadə Amil Rasim oğlu İnformasiya Təhlükəsizliyi departamentində Kiber hücumların simulyasiyası üzrə Qrup Rəhbəri vəzifəsinə təyin olunub.
A. Axundzadə bundan əvvəl “Uninet” MMC, “Azərikard” MMC və “Azər-Türk Bank” ASC-də müxtəlif məsul vəzifələrdə çalışıb. O, ali təhsilini Rusiya Federasiyasının Tomsk Dövlət Universitetində Hesablama texnikası və avtomatlaşdırılmış sistemlərin proqram təminatı mühəndisliyi ixtisası üzrə başa vurub.

Eyni zamanda, Quluzadə Hacıqulu Elman oğlu Rəqəmsal filialın Müdiri vəzifəsinə təyin edilib. O, bu təyinata qədər Bankın Mərdəkan filialında Müdir müavini vəzifəsində çalışıb. Q. Quluzadə 10 sentyabr 2019-cu ildən etibarən Unibank-da fəaliyyət göstərir. O, ali təhsilini Milli Aviasiya Akademiyasında Avadanlıqların istismarı mühəndisliyi ixtisası üzrə alıb.

Unibank rəhbərliyi hər iki əməkdaşı yeni vəzifələri münasibətilə təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı