“Unibank” filialları həftə sonu da fəaliyyət göstərir

“Unibank” filialları şənbə günləri də əhaliyə xidmət göstərir.

Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyənlər, həftə sonu da bank filiallarına müraciət edə bilərlər.

Bankın paytaxt və Abşeronda  “Əcəmi”, “Neftçilər”,  15 saylı, “Sumqayıt”, “Nərimanov”, “Bakıxanov”, “Xırdalan”, “İnşaatçılar”, “Mərdəkan”,  14  saylı (Beş mərtəbə), “Əhmədli” filialları,  regionlarda isə “Bərdə”, “Gəncə”, “Kəpəz”, “Mingəçevir”, “Tovuz”, “Quba” və  “Şəmkir” filialları şənbə günləri saat 10.00-dan  14.00-dək müştərilərin xidmətindədir.

Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərir. Bankın bütün filialları isə həftənin 5 günü saat 09.00-dan 17.00-dək fəaliyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır