Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank “Gəncə” filialını yeni konseptdə istifadəyə verib - BBN

Unibank “Gəncə” filialını yeni konseptdə istifadəyə verib

İndi Gəncə şəhərinin əhalisi, eləcə də yaxın ərazilərdə yaşayan sakinlər “Unibank”ın yenilənmiş filialında daha da yüksək xidmətlə təmin olunur. “Unibank”ın yeni konsepsiya əsasında təmir edilən “Gəncə” filialı, biznes və pərakəndə müştərilərə rahat məkanda geniş spektrli və innovativ  xidmət göstərir. Filial təmir və yenidənqurmadan sonra artıq müştərilərin xidmətindədir.

Daha geniş gözləmə zalı və çoxsaylı monitorların quraşdırıldığı filial, müştərilərə xidmətin intensivliyini artıracaq. Filialda müştərilərə bütün bank xidmətləri yüksək keyfiyyətlə göstərilir. Filial müştərilərin rahatlığı üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Yeni konseptə uyğun olaraq, filialın qarşısında 7/24 müştərilərin xidmətində olan UTM və ödəmə terminalı quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən avadanlıqlar müştərilərə isti və soyuq havalarda mədaxil-məxaric əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir:

Unibank- Sənin Bankın!

Related posts

Sərfəli şərtlərlə istehlak krediti

ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçildi!

Orxan Ismayılov: 2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı