Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank-ın rəhbərlərindən biri nüfuzlu beynəlxalq mükafatın finalçısı olub - BBN

Unibank-ın rəhbərlərindən biri nüfuzlu beynəlxalq mükafatın finalçısı olub

Böyük Britaniyada təhsil almış məzunların uğurlarına və nailiyyətlərinə həsr edilən British Council-ın “Study UK: Alumni Awards” adlı beynəlxalq nüfuzlu mükafatın 2021-ci il qaliblərinin müəyyənləşdirilməsi prosesi davam edir.

Bu il mükafat üzrə 1500-ə yaxın müraciət qəbul edilib. Üç nominasiya üzrə müəyyənləşdirilən mükafatlandırmanın istiqamətlərdən biri də “Peşəkar nailiyyət”dir. Bu nominasiyada namizədin fəaliyyətində böyük uğur qazanması, liderlik bacarıqlarının yüksəkliyi, nailiyyətlərin peşəkarlığın artırılmasında təsiri və cəmiyyətə töhfəsi xüsusilə nəzərə alınır.

“Unibank”ın Baş Hüquq və Komplayens İnzibatçısı və Vəkillər Kollegiyasının üzvü , “Peşəkar nailiyyət” nominasiyası üzrə bu mükafatın Azərbaycan üzrə ilk qalibi Əfqan Baxışov, 2021-ci il mükafatının Dünya üzrə yeddi finalçısından biri seçilib. Əfqan Baxışov Qafqaz ölkələri ilə yanaşı, Rusiya, Ukrayna, Türkiyə kimi böyük ölkələrin də daxil olduğu, ümumilikdə 15 ölkənin aid edildiyi Wider Europe üzrə ən uğurlu təmsilçi müəyyən edilib.

Finalçılar barədə məlumat müxtəlif onlayn kanallar vasitəsilə British Council tərəfindən bütün dünyada yayılır. Mükafatlandırmanın əsas məqsədi ən uğurlu məzunların beynəlxalq səviyyədə tanıdılmasına nail olunmaq, perspektivli şəxslərə uğur hekayələrini yazmaqda dəstək, yüksək nailiyyətləri olan məzunları dövlətləri, cəmiyyətləri üçün daha çox işlər görməyə həvəsləndirməkdir. Builki mükafatlandırma üzrə bir qalib sentyabrda açıqlanacaq.

Əfqan Baxışov

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı