Home » “Unibank” ipoteka faiz dərəcəsini aşağı salıb

“Unibank” ipoteka faiz dərəcəsini aşağı salıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İpoteka mövsümünün başlandığı bir vaxtda, ev sahibi olmaq istəyənlərə bir fürsət də Unibank tərəfindən yaradılıb. Bank adi ipoteka kreditləri üzrə faiz dərəcəsini 7%-ə endirib. Aylıq ödənişinin daha sərfəli olmasını və kredit ödənişi müddətində minlərlə manat vəsaitə qənaət etmək istəyənlər üçün Unibank ən yaxşı seçimlərdəndir. Aprelin 30-dək davam edən kampaniya çərçivəsində müraciət edən şəxslər, ipoteka kreditini 1% daha aşağı faizlə əldə edəcəklər. Bu kampaniya həm müştərilərin aylıq ödənişlərinin, həm də faiz ödənişlərinin azalmasına imkan yaradır.

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Həmin tarixdən bu günədək  1900-ə yaxın müştəriyə ipoteka krediti ayrılıb. Bu müddətdə verilən kreditlərin ümumi həcmi 97 milyon manatı ötüb.


İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında rəsmiləşdirilir.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.

Unibank- Sənin Bankın!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.