Unibank jurnalistlər üçün dayanıqlı maliyyə mövzusunda seminar keçirib

Unibank jurnalistlər üçün “Dayanıqlı maliyyə: trend və perspektivlər” mövzusunda seminar keçirib. Tədbir “Media savadlılığı” həftəsi çərçivəsində təşkil olunub. Bankın Dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova tərəfindən keçirilən seminarda dayanıqlılıqla bağlı əsas konsepsiyalar, ölkəmizin iqlim gündəliyi, həm qlobal, həm də ölkə kontekstində dayanıqlı maliyyənin inkişaf perspektivləri əhatə edilib.

Ölkəmizin dayanıqlı inkişaf gündəliyi haqqında seminar iştirakçılarına məlumat verən məruzəçi, bu istiqamətdə qarşıya qoyulan hədəflər, hazırlanan sənədlər toplusu haqqında məlumatları seminar iştirakçılarına çatdırıb. Bildirilib ki, ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək milli prioriteti çərçivəsində  müvafiq iqtisadi sektorlar üzrə  hədəflər və layihələr müəyyən edilib. Dayanıqlı maliyyənin maliyyə institutları üçün əhəmiyyətinin vurğulandığı seminarda, iqlim dəyişmələrinin maliyyə institutları üçün yaratdığı risklər və fürsətlər müzakirə olunub.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Related posts

ABA Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir

Sahibkarlarla növbəti maarifləndirici görüş Xankəndi şəhərində keçirilib

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı