“Unibank” kartları yeni VİP xidmətlər təklif edir

Artıq Unibank-ın Visa Premium kart sahibləri yeni kart sifariş etmədən, öz kartları ilə dünyanın 850-dək hava limanının, o cümlədən Bakıda yerləşən H.Əliyev adına Beynəlxalq Aeroportda gözləmə otaqlarında Lounge xidmətindən çox rahatlıqla faydalana biləcəklər.

Unibankın Visa Platinum və  Visa İnfinite kart sahibləri öz kartları ilə gözləmə zallarında Lounge xidmətidən istifadə edərək dincəlmək, işləmək, telefondan, faksdan, internetdən istifadə etmək , qəlyanaltı etmək imkanını əldə edirlər. Xidmətdən yararlanmaq üçün isə hava limanlarında Unibank-ın Premium kartları ilə ödəniş etmək kifayətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır