Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi - BBN

Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi

İndi Unibank kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı daha da artıb. Çünki artıq UCard-la yanacaqdoldurma, kafe-restoran və marketlərdə 5% keşbek qazanmaq üçün 200 manat dövriyyə tələbi yoxdur. Qeyd olunan xidmət və ticarət obyektlərində Apple Pay və Google Pay ilə ödəniş edən UCard sahibləri dövriyyə tələbi olmadan, dərhal 5% keşbek qazanacaqlar.

Nəticələrin təhlili göstərir ki, Unibank müştərilərinin əksər hissəsi marketlərdə ödəniş edir. 30 yaşadək gənc müştərilərin Unibank kartını ən çox istifadə etdiyi istiqamət isə kafe-restoranlardır. Unibank müştərisinin keşbek qazanması üçün istiqamət seçməsinə ehtiyac qalmır. Çünki Unibank kartı ilə marketlər, kafe-restoranlar və yanacaqdoldurma məntəqələrində Apple Pay və Google Pay-la ödəniş zamanı kart sahibi 5% keşbek qazanmaq imkanı əldə edir.

Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində UCard ilə alış- veriş edərkən və xidmətlərdən istifadə zamanı xərclənən vəsaitdən keşbek qazana bilərsiniz.

UCard sahiblərinə 5% keşbek qazandıran ticarət və xidmət kateqoriyaları:

Dünyanın bütün marketlərində və onlayn marketlərdə – 5%;

-Dünyanın istənilən yanacaqdoldurma məntəqələrində – 5 %;

-Dünyanın istənilən kafe və restoranlarında onlayn sifarişlər də daxil olmaqla – 5%

Ümumi keşbek şərtləri və partnyorların siyahısı ilə daha ətraflı https://unibank.az/az/cards/cashback  səhifəsindən məlumat almaq mümkündür. Partnyor və qeyri-partnyor siyahısında istənilən sektordan tərəfdaş tapmaq olar.

Unibank- Sənin Bankın!

Related posts

AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı