Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank KB ASC-də yeni təyinat - BBN

Unibank KB ASC-də yeni təyinat

Unibank KB ASC-də daha bir mühüm kadr dəyişikliyi həyata keçirilib. Bankdan verilən məlumata görə, Ağacanov Ülvi Nərman oğlu 17 oktyabr 2025-ci il tarixindən etibarən Rəqəmsal Mühəndislik Departamentinin Direktoru vəzifəsinə təyin edilib.

O, bu təyinatadək Proqram təminatı üzrə Arxitektor kimi (Proqramlaşdırma və inkişaf departamenti – Digital laboratoriya şöbəsi) fəaliyyət göstərib.

Ülvi Ağacanov 14 fevral 2022-ci ildən Unibank komandasına qoşulub. Bank sektoruna gəlməzdən əvvəl “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC, “EVRODİZAYN” QSC“Azərbaycan Beynəlxalq Bankı” ASC-də çalışıb.

Yeni direktor ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında Kompüter mühəndisliyi ixtisası üzrə alıb, Bakı Mühəndislik Universitetində isə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edib.

Related posts

Unibank 5 nominasiya üzrə qalib olub

Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib

RABİTƏBANK 4 NOMİNASİYA ÜZRƏ “BANKÇILIQ MÜKAFATLARI – 2025”İN QALİBİ OLUB

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı