Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank KB ASC-nin İdarə Heyətinin sabiq sədri Fərid Abuşov ilə ABA rəhbərliyi arasında görüş keçirilib - BBN

Unibank KB ASC-nin İdarə Heyətinin sabiq sədri Fərid Abuşov ilə ABA rəhbərliyi arasında görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşovun vəzifəsindən ayrılması münasibətilə görüş keçiriblər. Görüş zamanı Fərid Abuşovun bank sektorunun inkişafına və ABA-nın fəaliyyətinə verdiyi dəyərli dəstəyə görə ona xüsusi təşəkkür ifadə edilib.

Fərid Abuşovun rəhbərliyi dövründə Unibank ölkəmizdə müasir bank xidmətlərinin genişləndirilməsi, rəqəmsal transformasiya sahəsində atılan addımlar və müştəri məmnuniyyətinin artırılması istiqamətində mühüm uğurlar əldə etmişdir. Bankın ABA tərəfindən irəli sürülən təşəbbüslərdə və təşkil olunan tədbirlərdə hər zaman fəal iştirakı onun bank sektorunun ümumi inkişafına verdiyi önəmin bariz nümunəsidir.

ABA rəhbərliyi, bank sektorunun davamlı inkişafı, institusional əməkdaşlığın gücləndirilməsi və ölkəmizdə maliyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində Fərid Abuşovun göstərdiyi dəstəyi xüsusi vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Related posts

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

AccessBank QSC PaloAlto Firewall 2026 tenderi elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı