Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank nümayəndəsi beynəlxalq tədbirdə iştirak edir - BBN

Unibank nümayəndəsi beynəlxalq tədbirdə iştirak edir

“Unibank” Kommersiya Bankının Rəqəmsallaşma üzrə Baş inzibatçısı Səttar Kazımov Lüksemburqda keçirilən “Bankçılıqda Rəqəmsallaşma – Bankınızın Rəqəmsal Transformasiyasına təkan verir” adlı çoxmillətli beynəlxalq maliyyə tədbirində iştirak edir.

Lüksemburqun Banklar Assosiasiyası, Lüksemburq Maliyyə Texnologiyaları Evi (LHoFT), Məlumatların Mühafizəsi üzrə Milli Komissiya və LuxHub-ın (Açıq Bankçılıqda İnnovativ Maliyyə Texnologiyaları həlləri) birgə təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) tərəfindən 13-17 noyabr tarixlərində keçirilən seminarda dünya bank sektorunda rəqəmsallaşma və gələcək gözləntilər müzakirə olunur.

Qeyd edək ki, Azərbaycandan tədbirdə iştirak üçün 77 müraciətin arasından ilk mərhələdə 17 namizəd seçilib və beynəlxalq tədbirdə iştirak üçün 2023-cü il üzrə Azərbaycandan yalnız Səttar Kazımovun namizədliyi təsdiqlənib. 17 namizəd arasından seçilən Unibank nümayəndəsi, Lüksemburq Banklar Assosiasiyası tərəfindən seminara dəvət edilib.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı