Unibank sahibkarlar üçün qış kampaniyası keçirir

Biznesinizə pulun daha çox lazım olduğu bir vaxtda, Unibank mikro və kiçik sahibkarlar üçün çox sərfəli kampaniya elan edib. “Qış kampaniyası” çərçivəsində ilin sonunadək kredit faizləri azaldılıb və kreditlər 0% komissiyalı olub. Kampaniya çərçivəsində sahibkarlar Unibank filialına müraciət edərək mikro kreditləri komissiyasız və 2%-dək endirimlə əldə edəcəklər.

Faizi bir az da aşağı olsun deyirsinizsə, onda filiala gəlmədən, elə biznesinizin başındaykən kredit müraciəti edə bilərsiniz. Çünki onlayn müraciət edən biznes sahibləri əlavə olaraq 1% endirim qazanaraq, krediti 3% endirimlə və komissiyasız əldə edəcəklər. Onlayn mikro kredit əldə etmək üçün bu linkdən (https://unbk.az/Wspp) müraciət edə bilərsiniz.

“Unibank”ın qış kampaniyasından faydalanın, biznesiniz qış yuxusuna getməsin!

“Unibank”ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi  bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.  

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,  https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank)əldə etmək olar.

Unibank – Sənin Bankın!

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı