Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank “Yaşıl maliyyə” konfransının dəstəkçisidir - BBN

Unibank “Yaşıl maliyyə” konfransının dəstəkçisidir

Unibank Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda 24 sentyabr tarixində keçirilən “Yaşıl maliyyə” konfransının əsas dəstəkçiləri sırasındadır. Konfransın dəstəkçiləri siyahısında “Unicapital” İnvestisiya Şirkəti də yer alıb. Noyabr ayında ölkəmizdə baş tutacaq mötəbər COP29 tədbiri ərəfəsində iqlim gündəliyinin əsas mövzularından olan yaşıl maliyyələşmənin mobilizasiyası üzrə maraqlı çıxışların səsləndiyi konfransda, hökumət rəsmiləri, beynəlxalq ekspertlər və yerli maliyyə qurumlarının rəhbərləri iştirak edib.

“Unibank”ın İdarə Heyətinin sədri Fərid Abuşov konfransın “Dayanıqlı maliyyə məhsulları”na həsr olunan panelində çıxış edərək, Azərbaycan maliyyə institutları üçün iqlim dəyişmələri və iqlim gündəliyi fonunda dayanıqlı və yaşıl maliyyə məhsullarının inkişaf etdirilməsinin zərurəti, o cümlədən “Unibank”ın yaşıl maliyyə məhsullarının hazırlanması və dayanıqlı maliyyə istiqamətində addımlar amağa başladığını qeyd edib. İdarə Heyətinin sədri vurğulayıb ki, yaşıl istiqrazların və digər yaşıl maliyyə məhsullarının inkişafı ölkəmizdə dayanıqlı maliyyə axınlarının  formalaşmasına, “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” milli prioritetinin reallaşmasına töhfə verəcək.

“Unicapital” İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazovun moderatorluq etdiyi  “Yaşıl investisiya və infrastruktur” panelində dayanıqlı maliyyə axınlarının inkişafının dəstəklənməsi üzrə adekvat infrastrukturun formalaşdırılması istiqamətində müzakirələr aparılıb.  Sözügedən paneldə “Unibank”ın Dayanıqlılıq üzrə Meneceri Səmra Talışinskaya-Abbasova yaşıl maliyyələşmənin təşviqi, habelə ətraf mühit və sosial risklərin idarə edilməsi istiqamətində texnoloji innovasiyaların tətbiqinin əhəmiyyəti üzrə çıxış edib.

Konfrans çərçivəsində Yaşıl maliyyənin inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

 

Unibank-Sənin Bankın!

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı