Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur - BBN

Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur

Bank sektorunda davamlı inkişafı, yeniliklərə açıq olması ilə fərqlənən Unibank, 2021-2023-cü il strategiyasına uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Yeni mərhələnin əsas məqsədi, bankın bütün fəaliyyətini müştərinin ehtiyac və istəklərinə uyğunlaşdırmaqdır. Qarşıdakı illərdə bankın prioriteti müştərilərin istək və ehtiyaclarına fokuslanaraq, rəqəmsal və texnoloji transformasiyanı həyata keçirmək olacaq.

Unibank yeni bazar mövqeləndirməsi çərçivəsində logo və sloqanını dəyişib. Bankın logosu yeni hədəflərinə daha uyğunlaşdırılıb. Bankın yeni sloqanı isə  “Unibank- Sənin Bankın” seçilib. Bankın yeni sloqanı da müştəriyə daha yaxın olmağı hədəfləyib.

Yeni inkişaf mərhələsi “Unibank”ın fəaliyyətində nəyi dəyişəcək?

“Unibank”ın yeni bazar mövqeləndirməsi, yeni inkişaf mərhələsi müştəri məmnunluğunu əsas prioritet olaraq götürür:

–Sənin vaxtın dəyərlidir

-Sənin istəklərin əhəmiyyətlidir

-Sənin ehtiyacların vacibdir

-Sənin rahatlığın əsasdır

Hər şey müştərilərin rahatlığına uyğun dəyişir. “Hər kəsin bankı”ndan “Sənin bankın”a keçid müştəriyə doğru atılmış daha bir addımdır ( https://youtu.be/OhNyqv6mrCo).

Müştərinin məmnunluğu, müştərinin ehtiyacları və istəkləri istiqamətində yenilənən Unibank, məhsul və xidmətlərini də müştərinin rahatlığına və tələbatına uyğunlaşdırmağa başlayır. Bankın filialları və digər xidmət məntəqələrinin də yeni konseptə uyğunlaşdırılmasına artıq başlanılıb.

Unibank-Sənin Bankın!

Related posts

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!

“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı