Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib - BBN

“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti görüşü Unibank KB ASC-nin Baş ofisində baş tutub. Görüşün mövzusu “Bizneslər üçün alternativ maliyyələşmə: Kapital bazarlarının hansı üstünlükləri var?” olub.

Tədbirin moderatoru, Unibank KB ASC-nin Baş Biznes İnzibatçısı və AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev mövzunun ölkə biznes mühiti üçün aktuallığını vurğulayıb. O, alternativ maliyyələşmə alətlərinin yerli şirkətlər üçün maliyyə dayanıqlığının gücləndirilməsi, bizneslərin inkişafı və yeni investisiya imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüş çərçivəsində Bakı Fond Birjasının Baş Listinq məsləhətçisi Fərhad Mənsurov Azərbaycanda mütəşəkkil kapital bazarı, investisiya imkanları və yerli bazar alətləri barədə təqdimatla çıxış edib. Daha sonra İlkin Quliyev və Fərhad Mənsurov bizneslərin ənənəvi maliyyələşmə vasitələri ilə kapital bazarları üzərindən maliyyələşmə imkanlarını müqayisə edərək hər bir modelin üstünlüklərinə diqqət çəkiblər.

Müzakirələrdə bazar şəffaflığının artırılması, investor inamının gücləndirilməsi və tənzimləyici islahatların davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Unibank kapital bazarlarının inkişafına dəstək verməklə, bizneslərin maliyyələşmə alternativlərini genişləndirməyi, şirkətlərin daha rəqabətədavamlı və dayanıqlı böyüməsinə şərait yaratmağı qarşısına məqsəd qoyur.

Unibank – Sənin Bankın!

Related posts

AMB fişinq hallarına qarşı “özünəqadağa” sistemini tətbiq edəcək

8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!

ABB-dən fiziki şəxslər üçün yeni məhsul – ABB istiqrazları!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı