Unibankdan daha bir yenilik- Hədəfinə çat və əlavə qazanc əldə et!

Unibank ölkə bank bazarı üçün bir ilk olan onlayn məhsulunu müştərilərin istifadəsinə verib. Bankın UBank mobil tətbiqində təqdim etdiyi “Topla” rəqəmsal məhsulu sizə arzularınızı reallaşdırmaq istiqamətində hədəflərinizə çatmaq üçün pul yığmağa imkan verəcək. Bu məhsulu onlayn depozit hesabınız kimi də qəbul edə bilərsiniz. Çünki seçdiyiniz müddətdə hədəflədiyiniz vəsaiti onlayn daxılınıza yığdığınız halda,  bank sizə illik 7%-dək bonus verəcək. İstədiyiniz yerdə, istədiyiniz vaxtda onlayn daxılınıza minimal məbləğlə pul yığmağa başlaya və seçdiyiniz müddət ərzində hədəf məbləğinizi toplayaraq, əlavə faizlər qazana bilərsiniz.

“Topla” yığım məhsulunun üstünlükləri nədir?

  • Arzularınıza gedən yolda hədəflər qoymağınıza təkan vermək;
  • Banka gəlmədən, kağız sənədlər imzalamadan etibarlı ünvanda pul yığmaq;
  • Məbləğ məhdudiyyəti olmadığından, 1 AZN mədaxillə belə daxılınızı aktivləşdirmək;
  • Daxıldakı vəsaitinizi istədiyiniz vaxt, istədiyiniz məbləğdə həm Unibank, həm də digər bank kartlarından UBank vasitəsilə artırmaq;
  • İstədiyiniz sayda “Topla” onlayn daxıl yaratmaq;
  • 3,6,9 və 12 ayadək müddət seçmək və hər daxıla 15 000 AZN-dək məbləğ yığmaq;
  • İstədiyin vaxt pulunuzu onlayn daxıldan çıxarmaq imkanı.

İlk olaraq Android istifadəçiləri üçün yaradılan bu imkandan yaxın günlərdə iOS istifadəçiləri də faydalalana biləcək.

Unibank-Sənin Bankın!

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı