Unibankın 10.000 AZN-lik lotereyasının qalibləri məlum oldu

 Unibank-ın uduş fondu  10.000 AZN olan “Bahar lotereyası”  184 nəfərə sevinc bəxş edib.  On minlərlə müştəri 757 mindən çox şansla lotereyada iştirak edib. Lotereya qalibləri xüsusi komissiyanın iştirakı ilə kompüter seçmə üsulu ilə seçilib.

 Qaliblər aşağıdakı qaydada pul mükafatı əldə ediblər.

  • 1  nəfər 1000 AZN
  • 3  nəfər 500 AZN
  • 30  nəfər 100 AZN
  • 50 nəfər 50 AZN
  • 100 qalib 20 AZN

 Xatırladaq ki,  “Bahar lotereyası”  çərçivəsində martın 4-dən aprelin 10-dək  Unibankın kartı və Unibank Mobile-la həyata keçirilən bir çox əməliyyatlar lotereyada iştirak şansı qazandırırdı. Hər  10 AZN-lik əməliyyat bir şans sayılıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/az/private-clients/kampaniyalar/bahar2017 ) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır