Unibankın biznes kredit portfeli artıb

Bu ilin 9 ayı ərzində “Unibank”ın biznes kredit portfelində ciddi artım qeydə alınıb. İlin ilk doqquz ayı ərzində Unibank biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Bankın biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 16 % artaraq 323 milyon manata yaxın olub. Bu dövrdə bankı seçən biznes sahiblərinin sayı ümumilikdə 28 % artıb.  Aktiv Mikro, KOS və İri müştərilərin sayındakı artım isə ötən ilin üçüncü rübünün sonu ilə müqayisədə 36 % təşkil edib. Biznes müştərilərinin “Unibank”ı seçməsinin əsas səbəblərindən biri də bankda əksər məhsul və xidmətlərin rəqəmsal olaraq təqdim olunmasıdır. Hazırda bütün biznes kreditlərinin ayrılması ilə bağlı qərarların 60%-i avtomatlaşdırılmış sistem vasitəsilə verilir.

Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarların hesablaşma kassa əməliyyatları üzrə 16.4 % artım qeydə alınıb. Sahibkar sayı 27.6  %-i ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı üzrə artım 18.8  % olub. 2022-cü ilin üçüncü rübü ilə müqayisədə, bu ilin üçüncü rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 56.4  %-ə çatıb.

Ümumilikdə isə korporativ müştərilər üzrə kredit satışında artım 29.58  %-dən çox olub. Hüquqi şəxs və fərdi sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 29.13 %-ə çatıb.

Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 35 %  artaraq, 163 milyon manatı ötüb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı,  sürətli kreditin verilməsi və digər üstünlüklər “Unibank”ı seçən mikro müştərilərinin sayının artmasına təkan verib.

“Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, üçüncü rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi  avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir.

Bankın kredit məhsulları ilə yanaşı depozit şərtlərinin sərfəli olması və sahibkarların banka yüksək etibarlılığı, hüquqi şəxslərin depozit qoyuluşu ilə bağlı müraciətlərinin də artmasına təkan verib. 9 ay ərzində hüquqi şəxslərin depozitləri 27,4 milyon manata yaxın, yaxud 12,5 % artaraq 245 milyon 726 min manata çatıb.

 

Unibank- Sənin Bankın!

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

TuranBank ağacəkmə aksiyası təşkil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı