Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibankın verdiyi ipoteka kreditlərinin həcmi 45% artıb - BBN

Unibankın verdiyi ipoteka kreditlərinin həcmi 45% artıb

Bu ilin ilk dörd ayı ərzində Unibank KB tərəfindən 6,5 milyon manatlıq ipoteka krediti ayrılıb. Dörd ay ərzində ayrılan 71 kreditin 50-si adi, 21-i isə sosial ipoteka olub. 2022-ci ilin ilk dörd ayının nəticələri ilə müqayisədə, bu ilin eyni dövründə ayrılan ipoteka kreditlərinin məbləği 45%,  sayı isə 27% artıb.

Unibank 2006-cı ildən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasındadır. Həmin tarixdən bu günədək  2000-ə yaxın müştəriyə ipoteka krediti ayrılıb. Bu müddətdə verilən kreditlərin ümumi həcmi 103 milyon manatı ötüb.

İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında rəsmiləşdirilir.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.

Unibank- Sənin Bankın!

Related posts

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı