ÜPİ-nin Regional Strateji Forumunda “Azərpoçt” təmsil olunub

Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən 16-17 sentyabr tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada Avropa və Mərkəzi Asiya üçün Regional Strateji Forumu keçirilib.
“Azərpoçt” MMC də həmin forumda təmsil olunaraq regional poçt fəaliyyətinə dair müzakirələrdə iştirak edib.
Forumda əsasən 2026-2029-cu illər üzrə strategiya çərçivə proqramına dair məsələlər müzakirə olunub. Belə ki, yaxın gələcəkdə ÜPİ-nin normativləri və standartları əsasında vahid poçt şəbəkəsinin yaradılması və istifadəyə verilməsi, qlobal poçt ekosistemində innovasiyaların tətbiqi, əməkdaşlığın gücləndirilərək poçtun inkişafının təşviqi forumun əsas müzakirə mövzuları olub.
Forum çərcivəsində “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinin icraçısı İsi Mustafayev ÜPİ-nin Baş direktoru cənab Masahiko Metoki və Türkiyə Cümhuriyyətinin Poçt və Teleqraf Təşkilatının rəhbəri cənab Hakan Gültən arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə iki ölkənin poçt xidmətləri arasında əməkdaşlığın artırılmasına dair danışıqlar aparılıb, poçt sisteminin inkişafı perspektivləri müzakirə olunub.

Related posts

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Mərkəzi Bankın sədr müavini Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı