Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.

BBN.az xəbər verir ki, hərrac 24 avqust 2020-ci il tarixində keçiriləcək. Saat 11:00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda  150 000 000 ( yüz əlli milyon ) manat vəsaitin cəlb edilməsi planlaşdırılır. Hərrac məbləğinin maksimum 20% hissəsi artırıla biləndir.

Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 6,26 % – 6,74 % aralığındadır.

Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı