15.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
Keçirilmiş depozit hərracında tələb 757,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil edib.