Vətən müharibəsi iştirakçıları KOBİA-da işlə təmin edilib

İki Vətən müharibəsi iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.  

Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş Səid Abasov Agentliyin Bakı şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib.

İşlə təmin edilmiş digər Vətən müharibəsi iştirakçısı isə Xəyal Məmmədzadədir. Vətən müharibəsində Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş X.Məmmədzadə Agentliyin Sumqayıt şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, KOBİA Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”na qoşulub, sahibkarlıq subyektlərinin də bu xeyirxah təşəbbüsdə iştirak etməsi üçün çağırış edib. 

Related posts

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların nəzərinə!

İİTKM-nin əməkdaşları 3-cü Beynəlxalq Enerji Konfransında iştirak ediblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı