Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər - BBN

Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər

“mygov” platformasında vətəndaşların işlərini rahatlaşdıran yeni xidmət istifadəyə verilib. Artıq “Əmək müqaviləsinin imzalanması” xidməti platformada əlçatandır. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Xidmət çərçivəsində işəgötürən tərəfindən göndərilmiş əmək müqavilələri istər yeni işə qəbul zamanı, istərsə də mövcud müqavilələrdə dəyişiklik olduqda vətəndaşlar tərəfindən birbaşa “mygov” platformasında imzalana biləcək.

Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:

  1. Portalda “Məşğulluq” kateqoriyasından “Əmək müqaviləsinin imzalanması” xidmətinə daxil olunur.
  2. İmzalanmalı müqavilə mövcuddursa, siyahıda göstərilir, əks halda bu barədə mesaj əks olunur.
  3. Müqavilə seçilir və təqdim edilən məlumatlarla tanış olunur.
  4. “İmzala” düyməsinə klik edilərək müqavilə SİMA İmza vasitəsilə təsdiqlənir.

Bununla yanaşı, əgər vətəndaşın yeni əmək müqaviləsi varsa, bu barədə ona “mygov” üzərindən bildiriş göndərilir və vətəndaş həmin bildirişdən birbaşa keçid edərək müqaviləni imzalaya bilir.

Yeni xidmət əməkdaşların müqavilə imzalama prosesini daha sürətli və rahat şəkildə həyata keçirməsinə şərait yaradacaq.

Qeyd edək ki, “mygov” platformasının əsas məqsədi dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq vasitəsilə vətəndaşlara zəruri dövlət xidmətlərini vahid platformadan təqdim etməkdir.

Related posts

AMB: Maliyyə bazarlarında gəlirlilik əyrisi azalıb

AMB: Bu il üçün inflyasiya proqnozu artırıla bilər

PAŞA Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Bankçılıq Mükafatları -2025” müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı