“Forbes” jurnalı dünya biznesmenlərinin sərvətlərinin həcminə görə renkinqini açıqlayıb. Siyahıda Rusiyanın müxtəlif sektorlarda fəaliyyət göstərən 88 biznesmeni və onların sahib olduğu sərvətlərin dəyəri qeyd olunub. Belə ki, hesabata görə Rusiyanın ən varlı biznesmenlərinin ümumi sərvəti 2021-ci ilə nəzərən 42% azalıb və 353 milyard dollar səviyyəsində qərarlaşıb.
2022-ci ildə Rusiyanın ən varlı biznesmeni adını Vladimir Lisin qazanıb. Qara metallurgiya sahəsində fəaliyyət göstərən “NLMK” holdinqinin prezidenti vəzifəsini icra edən, ötən il 26.2 milyard dollarlıq sərvətə malik olan Vladimir Lisinin sərvəti bu il 18.4 milyard dollara geriləsə də, sanksiyalar səbəbindən böyük sərvət itirərək beşinciliyə geriləyən Aleksey Mordashovun liderliyini əlindən ala bilib. Vladimir Lisin hazırda dünya sıralamasında 87-ci yerdə qərarlaşıb.
Siyahıda diqqət cəlb edən digər bir məqam isə həmyerlimiz Vahid Ələkbərov renkinqdə geriləməsi olub. Belə ki, “Lukoil” şirkətinin əsas səhmdarı 2021-cu ildə 24.9 milyard dollarlıq sərvət ilə dördüncü yerdə qərarlaşıb. 2022-ci ildə isə, Vahid Ələkbərovun sərvəti 10.5 milyard dollara geriləyərək siyahıda onuncu yeri tutub.
Rusiyanın ən varlı 20 biznesmeni isə aşağıdakı kimidir:
Sıra | Biznesmen | Şirkət | Sektor | Sərvəti (milyard dollar) | Qlobal reytinqdə tutduğu yer |
1 | Vladimir Lisin | НЛМК | Qara metallurgiya | 18.4 | 87 |
2 | Vladimir Potanin | Интеррос | Əlvan metallurgiya | 17.3 | 97 |
3 | Pavel Durov | Telegram Messenger | Texnologiya | 15.1 | 123 |
4 | Leonid Mixelson | Новатэк | Neft qaz | 14 | 130 |
5 | Aleksey Mordaşov | Северсталь | Əlvan metallurgiya | 13.2 | 138 |
6 | Mixail Fridman | LetterOne | Neft və maliyyə | 11.8 | 161 |
7 | Alişer Usmanov | USM | Əlvan metallurgiya | 11.5 | 167 |
8 | Gennadiy Timçenko | Новатэк | Neft kimya | 11.3 | 173 |
9 | Andrey Melniçenko | Еврохим | Energetika | 11.1 | 177 |
10 | Vahid Ələkbərov | Лукойл | Neft | 10.5 | 188 |
11 | Mixail Proxorov | Онэксим | İnvestisiya | 10.3 | 192 |
12 | Dmitriy Buxman | Playrix | Texnologiya | 8.1 | 276 |
13 | İqor Buxman | Playrix | Texnologiya | 8.1 | 276 |
14 | German Xan | LetterOne | Neft və maliyyə | 7.8 | 297 |
15 | Yuriy Milner | Breakthrough Prize | Texnologiya | 7.3 | 325 |
16 | Nikolay Storonskiy | Revolut | Fintech | 7.1 | 337 |
17 | Roman Abramoviç | Евраз | Daşınmaz Əmlak | 6.9 | 351 |
18 | Viktor Raşnikov | ММК | Qara metallurgiya | 6.6 | 376 |
19 | Dmitriy Rıbolovyev | Магнетикс | Maqnitoterapiya | 6.6 | 376 |
20 | Aleksey Kuzmıçev | LetterOne | Neft və maliyyə | 6 | 425 |