Home » Vahid əlaqələndirmə mərkəzlərinə 200-ədək şəhid ailəsi üzvü və qazi müraciət edib

Vahid əlaqələndirmə mərkəzlərinə 200-ədək şəhid ailəsi üzvü və qazi müraciət edib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılan və ilkin mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan vahid əlaqələndirmə mərkəzlərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərdən ibarət 195 nəfərin müraciətinə baxılıb. 

7 qurum üzrə 26 xidmətin “bir pəncərə”dən göstərildiyi vahid əlaqələndirmə mərkəzlərində qəbul edilən müraciətlərin sayı:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 14 müraciət;
  • Müdafiə Nazirliyi üzrə 113 müraciət;
  • Səhiyyə Nazirliyi üzrə 7 müraciət;
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  üzrə 18 müraciət;
  • Yerli icra hakimiyyəti orqanları üzrə 15 müraciət;
  • Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 28 müraciət;
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə müraciət olmayıb.

Müraciətlərə operativ şəkildə baxılıb və vətəndaşlara aidiyyəti üzrə xidmətlərin göstərilməsi təmin olunub. “142” – Çağrı Mərkəzi tərəfindən isə vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti ilə əlaqəli 66 müraciət cavablandırılıb.

Dövlət başçısının 2021-ci il 25 iyun tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etməyə xidmət edir.

Vahid əlaqələndirmə mərkəzləri:

  • Yasamal,Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86);
  • Xəzərvə Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç., 30 b);
  • Nizami, Xətai, Sabunçu vəSuraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzi (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.);
  • Binəqədi, Nəsimi və Nərimanovrayonları üzrə  4 saylı Bakı DOST Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03) fəaliyyət göstərir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.