Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun növbəti iclası baş tutmuşdur - Foto - BBN

Vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun növbəti iclası baş tutmuşdur – Foto

15 may 2024-cü il tarixində vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun növbəti iclası baş tutmuşdur.

İclasda bu sahədə Türkiyə Respublikasında fəaliyyət göstərən “Bantaş Nakıt ve Kıymetlı Mal Tasıma ve Güvenlik Hızmetlerı A.Ş” (Bantaş) nümayəndələri, İşçi Qrupunda təmsil olunan bankların rəhbər şəxsləri və nağd pul vəsaitlərinin daşınması sahəsində rəhbər məsul şəxsləri, həmçinin Mərkəzi Bankın nümayəndələri də iştirak etmişdir.

Görüş zamanı vahid inkasassiya mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparılmış, Bantaş şirkəti tərəfindən hazırlanmış hesabat təqdim edilmiş, bankların rəy və təklifləri dinlənilmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı