Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Valideynlərini itirmiş uşaqlar təhsillərini bitirən zaman birdəfəlik müavinət alacaqlar - BBN

Valideynlərini itirmiş uşaqlar təhsillərini bitirən zaman birdəfəlik müavinət alacaqlar

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də onların arasından olan şəxslərə 2 600 manat məbləğində birdəfəlik müavinət veriləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Qərara əsasən, bu kateqoriyaya aid uşaqlar və şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrini bitirdikdə, müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına onlara birdəfəlik müavinət ödəniləcək.

Müavinət “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişikliklərin tətbiqi və bununla bağlı məsələlərin tənzimlənməsi barədə Prezidentin 2025-ci il 1 aprel tarixli Fərmanına uyğun olaraq həyata keçiriləcək.

Related posts

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) və Azərbaycan Dövlət İqtisad Universiteti pilot layihəyə start verdi

Vüsal Xanlarov: Süni intellektin təhsildə tətbiqi hələ sual altındadır

Media nümayəndələri üçün Cənubi Qafqazda yeni sülh arxitekturasına dair təlim keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı