Valyuta hərracı barədə məlumat açıqlanıb

25 noyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 105,5 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır