Vaxtı keçmiş kreditlər 25 milyon manat artıb

Mərkəzi Bankın iyun ayı üzrə statistik bülleteninə əsasən, vaxtı keçmiş kreditlərin həcmi artıb.

Vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarındakı həcmi may ayında 8.3% təşkil etsə də, iyun ayında 8.4% təşkil edib, yəni, 25.6 mln manat artım baş verib.

Qeyd edək ki, may ayında bu göstərici 1514.2 mln manat təşkil etsə də, iyun ayı üçün 1539.8  mln manat təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır