Venesuela daha bir denominasiyaya gedib

2016-cı ildə bir sıra siyasi və iqtisadi səbəblərdən başlayan hiperinflyasiya Venesuela iqtisadiyyatını bir çox radikal addımlar atmağa vadar edib. Bu addımlardan daha biri isə ölkənin öz valyutasını son üç ildə ikinci dəfə denominasiya etməsi olub.

1700%-i ötən inflyasiya göstəricilərinin ardından prezident Nikolas Maduro idarəçiliyi altında olan Venesuela Maliyyə Bürosu 2018-ci ildə ölkə valyutasından beş ədəd sıfır silərək denominasiya edib. 2021-ci ilin oktyabrında ikinci dəfə denominasiyaya məruz qalan Venesuela bolivarından bu dəfə 6 ədəd sıfır silinib. Bununla da ölkənin 1 milyon bolivar əskinası (təqribi dəyəri 25 ABŞ senti) 1 bolivar ilə əvəzlənib. Ölkənin hazırda ən böyük valyutası 100 bolivar olacaq bu isə təqribi 25 dollar məbləğində qiymətləndirilir..

Məlumat üçün qeyd edək ki, Venesuela iqtisadiyyatı 2013-cü ildən bu yana 81% kiçilib və ölkə əhalisinin 76.6%-i kəskin yoxsulluq səviyyəsində yaşayır.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı