Vergi borclarının qaytarılmasında Türkiyə təcrübəsilə tanış olunub

Vergilər Nazirliyində Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir İdarəsi Başqanlığının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının rəhbərinin müavini Mahmut Sütçü Türkiyənin Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının fəaliyyəti, vergi siyasətinin əsasları, vergi ödəyiciləri ilə işin təşkili, Türkiyə hökumətinin bu sahədə həyata keçirdiyi islhatlar barədə məlumat verib.

Vergilər Nazirliyinin  Vergi ödəyicilərinə xidmət baş idarəsinin və Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının vergi ödəyicilərinə xidmət idarəsinin nümayəndələri vergi ödəyicilərinə xidmət sahəsində keçirdikləri tədbirlər barədə, Türkiyə nümayəndə heyətinin rəhbəri Mahmut Sütçü isə “Bəzi vergi borclarının yenidən strukturlaşdırılması” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı borclu vergi ödəyiciləri ilə iş prinsipi, bu sahədə mövcud qanunvericilik və  vergi borclarının yenidən strukturlaşdırılması işləri barədə məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır