Vergi ödəyiciləri ilə görüşlər keçirilib

May ayının 15-dən 24-dək Bakı şəhəri ərazisində fəaliyyət göstərən sahibkarlarla, o cümlədən iri istehsalçılar, ixrac və topdansatış, tikinti nəqliyyat və logistika, təhsil, səhiyyə, ictimai iaşə və pərakəndə ticarət və s. fəaliyyətlə məşğul olan vergi ödəyiciləri ilə görüşlər keçirilib.

Görüşlər yalnız paytaxtda deyil, həmçinin bölgələrdə də baş tutub.

Belə ki, mayın 17-dən 19-dək  Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Göyçay, Qəbələ, Mingəçevir, Gəncə, Zaqatala, Şəmkir rayonlarının sahibkarları,  eləcə də sahibkarların ictimai birlikləri, assosasiyaları və qeyri-hökumət  təşkilatlarının nümayəndələri ilə silsilə görüşlər baş tutub.

Vergi ödəyiciləri elektron qaimə-fakturaların tətbiqi, nağd ödəmələrə qoyulan limitlər, elektron ödənişlər zamanı xidmət haqqının tutulması ilə bağlı üzləşdikləri çətinlikləri diqqətə çatdırıblar.

Son iki həftə ərzində Bakı şəhərində və Ərazi Vergilər Departamentlərinin və İdarələrinin əhatə dairəsinə daxil olan rayonlarda fəaliyyət göstərən sahibkarlarla keçirilən bu görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 1400-dən çox sahibkar iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır