Vergi ödəyicilərinə xidmət sahəsində Fransa və İspaniya təcrübəsi öyrənilir

“Resusrslardan optimal istifadə və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində vergilər nazirinin müşaviri Elçin Məmmədovun rəhbərliyi ilə 5 nəfərdən ibarət nümayəndə heyəti Fransa və İspaniyaya səfər edib.

Fransaya səfər zamanı nümayəndə heyyətinə Baş Maliyyə Direktoratlığı və Fransa Respublikasının vergi administrasiyası tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlər, həmçinin, Maliyyə Direktoratlığının İctimaiyyətlə Əlaqələr Strategiyası Xidmətinin və Kommunikasiya Mərkəzinin təqdimatları nümayiş etdirilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyyəti bir sıra görüşlər keçirib.

İspaniyaya səfər zamanı isə nümayəndə heyyətinə Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Vergi İdarəetməsi Departamenti tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlər , bu sahədə əsas yanaşmalar barədə təqdimatlar nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır