Home » Vergi orqanlarına daxil olan şikayətlərin sayı 20,3 faiz azalıb

Vergi orqanlarına daxil olan şikayətlərin sayı 20,3 faiz azalıb

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2024-cü ilin avqust ayı ərzində vergi orqanlarına ümumilikdə 45.947 müraciət daxil olub ki, onların 96,7 faizini ərizələr, 3,2 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.

Daxil olmuş müraciətlərdən 83,9 faizinin baxılması avqust ayı ərzində başa çatdırılıb, 16,1 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 39,6 faizi həll olunub, 59,5 faizi barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Avqust ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3 faiz azalaraq 1.251 olub.

Həll edilmiş şikayətlərin 68,9 faizi kameral vergi yoxlamaları, 6,3 faizi şəxsi hesab vərəqələri, 4,7 faizi riskli vergi ödəyiciləri, 3,9 faizi vergi borcu, 2,4 faizi vergi ödəyicisinin qeydiyyatı, 2,4 vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 1,6 faizi vergi mükəlləfiyyətləri, 9,8 faizi isə digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 72 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.