Vergilər naziri Qubada vətəndaşları qəbul edib

Avqustun 23-də Vergilər naziri Mikayıl Cabbarov Qubada 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan sakinlər iştirak ediblər. Qəbulə gələn vətəndaşlar, əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır