Vergilər naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov 27 fevral 2018-ci il tarixində saat 11:00-də Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında  (Ünvan: G.Şıxbala oğlu küç., 14) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək.

BBN.az xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 23-26 fevral 2018-ci il tarixlərində Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır