Vergilər Nazirliyi büdcə daxilolmalarını tam həcmdə icra edib

Yanvar-iyul aylarında Vergilər Nazirliyi tərəfindən vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.

Belə ki, 2017-ci ilin yanvar-iyul ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə  4 milyard 84 milyon 988.4 min manat məbləğində vəsait ödənilib.

Qeyd edək ki, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100.1% əməl olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır