Vergilər Nazirliyi üçün yeni tvinninq layihənin təqdimat mərasimi keçirilib

“Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və  vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.

 

Layihə ilə bağlı təqdimatda bildirilib ki, ümumi müddəti 27 ay, büdcəsi isə 1,3 milyon avro məbləğində müəyyən edilən layihə 4 əsas komponentdən ibarətdir. Bu  komponentlərə  vergi ödəyicilərinə xidmət prosesləri üzrə davamlı İnkişaf Proqramının yaradılması, xidmətlərə tələbatın müəyyənləşdirilməsi və idarə olunması, vergi ödəyicilərinə göstərilən xidmətlərin əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi, mövcüd göstəricilərin təkmilləşdirilməsi və qabaqcıl metodologiyalara əsaslanaraq bütün xidmət kanalları üzrə səmərəliliyin artırılması üçün məlumatların təhlili mexanizmlərinin yaradılmasının daxil olduğunu vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır