Vergilər Nazirliyinin departament rəhbəri işdən azad olunub

Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. Belə ki, Nazirliyin departament rəhbəri vəzifədən azad edilib, onun müavini isə başqa vəzifəyə təyin edilib.

Məlumata əsasən, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov vəzifəsindən azad edilib. Bu vəzifəni hazırda müvəqqəti olaraq Cavanşir Nuriyev icra edir.

Direktorun müavini Nəsimi Əsgər oğlu Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır