Nazir vətəndaşları qəbul edib

Oktyabrın 15-də vergilər naziri Mikayıl Cabbarov Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinləri iştirak edib.

Qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır