Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək - BBN

VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində 24-25 noyabr 2022-ci il tarixində ənənəvi VI BEYNƏLXALQ BANKÇILIQ FORUMU – “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” keçiriləcək.

İki gün davam edəcək Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forumda “POST-COVID dövründə bankçılıq: çağırışlar və imkanlar”, “Açıq bankçılıq: gələcək daha əlaqəlidir”, “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru”, “Rəqəmsal aktivlər: bizi nə gözləyir”, “Müxbir münasibətlər”, “Kibertəhlükəsizlik trendləri” adlı yeddi panel ətrafında müzakirələr aparılacaq, 50-dən çox spikerin çıxış edəcəyi panellərə 1000-dən çox iştirakçının dinləyici kimi qoşulması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu Forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Fintex Sammit”dir.

Əlavə məlumat və qeydiyyat üçün:

https://www.gbmevents.az/en/event/the-sixth-international-banking-forum

Related posts

AMB-də fintex ekosisteminin institusional əsasları müzakirə edilib

Sərfəli şərtlərlə istehlak krediti

ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçildi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı