Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Virtual xidmət mərkəzi" yaradılacaq - BBN

“Virtual xidmət mərkəzi” yaradılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “2Win- Virtual xidmət mərkəzi” platforması yaradılacaq.

“Virtual xidmət mərkəzi” vətəndaşlara olduqları yeri tərk etmədən  platformada təqdim olunan xidmətlərdən yararlanmağa imkan  verəcək. İstifadəçilər  mərkəzdə  yararlanmaq istədikləri xidmət otağına daxil ola biləcəklər.

Təyinatı üzrə otağa daxil olacaq istifadəçilər uyğun olaraq hüquqşünas, psixoloq, həkim və s. xidmətlərdən  yararlana biləcək, müxtəlif proseslərdə virtual olaraq iştirak edə biləcəklər.
Həmçinin platforma vasitəsi ilə vətəndaşlara şəxsi biznes və özünəməşğulluq imkanları yaradılmaqla virtual biznes inkubatoru vasitəsi ilə dəstək göstəriləcək.

Layihənin məqsədi koronavirus pandemiyası və sonrakı dövrdə birbaşa təması minimuma endirmək, istifadəçilərinin olduqları yeri tərk etmədən zəruri xidmətlərdən ən qısa zaman çərçivəsində,  operativ yararlanmalarını təmin etməkdir.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı