“Visa International” “Xalq Bank”ı mükafatlandırıb

Xalq Bank 2017-ci ilin birinci rübü ərzində Visa kartları üzrə orta əməliyyat məbləğində ən yüksək artıma nail olduğuna görə Visa International beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilib.

Xalq Bank 2017-ci ildən Visa International beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. Bank və Visa ödəniş sistemi 2009-cu ildən əməkdaşlıq edirlər. Xalq Bank hazırda Visa Electron, Visa Gold, Visa Classic, Visa Platinum, Visa Business və internetdə ödənişlər etmək üçün nəzərdə tutulan Visa Virtuon kartlarını buraxır. Kartları Bankın istənilən filialında pulsuz əldə etmək olar. Visa kart əməliyyatlarının təhlükəsizliyi ən müasir güvənlik sistemləri ilə təmin edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır