Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Visa”-nın maliyyə ilinin dördüncü rübündə xalis mənfəəti artıb - BBN

“Visa”-nın maliyyə ilinin dördüncü rübündə xalis mənfəəti artıb

Amerikanın ən böyük ödəniş sisteminin operatoru olan “Visa”, 2024-cü maliyyə ilinin dördüncü rübündə xalis mənfəətini 14% artırıb.

BBN.az xəbər verir ki, bu barədə şirkətin mətbuata açıqlamasında deyilir.

Bildirilir ki, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin müvafiq dövründəki 4,7 milyard dollarla müqayisədə 5,3 milyard dollar təşkil edib. Gəlir 12% artaraq 9,617 milyard dollara çatıb.

Ötən rübdə “Visa” kartları ilə aparılan əməliyyatların sayı 10% artaraq 61,5 milyarda çatıb. Ödənişlərin həcmi isə 8% artıb.

Məlumata görə, 2024-cü maliyyə ili ərzində şirkət təxminən 62 milyon səhmini 16,7 milyard dollara geri alıb.

“Visa”nın son maliyyə ilində xalis mənfəəti 14% artaraq 19,7 milyard dollara çatıb. Gəliri isə 10% artaraq 35,9 milyard dollar təşkil edib. 2025-ci maliyyə ilində şirkət gəlir artımının 7-13%, o cümlədən birinci maliyyə rübündə 7-9% olacağını gözləyir.

Qeyd edək ki, son üç ayda “Visa”nın kapitallaşması 7,1% (561,5 milyard dollara qədər) artıb.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı