Kampaniya ərzində hər kəs “Premium Bank”dan “Visa Signature Miles” kartını daha sərfəli şərtlərlə − cəmi 100 AZN (2 illik) və 150 AZN (3 illik) əldə edə biləcək. Kampaniyanın əsas məqsədi, müştərilərimiz öz ailə üzvlərinin hər biri üçün “Visa Signature Miles” kartını əldə etsinlər və səyahətlər zamanı kartın təqdim etdiyi bütün üstünlüklərdən birlikdə istifadə etsinlər. Kampaniyanın keçirilmə müddəti: 12.12.2022 – 26.12.2022
Pulsuz olaraq transfer xidmətini və Fast track xidmətini sifariş edin, ailə üzvlərinizlə birlikdə VIP zalları ziyarət edin, səyahətə yollanın və bütün imtiyazlardan birlikdə istifadə edin.
Bu fürsətdən yararlanmaq istəyən hər kəs saytımızdan onlayn formada öz miles kartını əldə edə bilər: https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-signature-miles-1/
“Visa Signature Miles” kartının əsas üstünlükləri:
Qeyd edək ki, “Premium Bank” Miles kartı bank kartının üstünlüklərini və “Azal Miles” proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və istifadə edilən xidmətlərin haqqını “Miles” kartı vasitəsilə ödəyərək, kart sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanmaqla yanaşı, “Azərbaycan Hava Yolları” aviaşirkətinin reyslərindən istifadə edərkən də toplanılır. Kart sahibi hesabındakı balları özü və ailə üzvləri üçün AZAL aviaşirkətinin pulsuz uçuş biletinə və ya xidmət sinfinin artırılmasına istifadə edə bilər.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.