Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Visa"nın Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri yeni vəzifəyə təyin edilib - BBN

“Visa”nın Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri yeni vəzifəyə təyin edilib

Visa şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş yeni vəzifəyə təyin edilib.

Bu barədə Visa-dan bildirilib.

Məlumata görə Kristina Doroş 17 ölkəni əhatə edən Ukrayna, Gürcüstan, MDB və Cənubi-Şərqi Avropa (CŞA) ölkələri üzrə Baş vitse-prezident və Regional menecer vəzifələrinə təyin edilib. Qeyd edilib ki, şirkətin Mərkəzi Asiya və Azərbaycanda biznes fəaliyyətini istiqamətləndirməyə davam etməklə yanaşı, Cənubi və Şərqi Avropa, Qafqaz, Ukrayna və Moldova regionunda Visa-nın fəaliyyəti və strateji inkişafına cavabdeh olacaq.

Qeyd edək ki, Kristina Doroşun dünyanın aparıcı maliyyə müəssisələrində 20 ildən çox iş təcrübəsi var. 2016-cı ildə Visa-ya qoşularaq o, əsas (debit, kredit və premium) kart məhsulları, sədaqət proqramlarının işlənilməsi, rəqəmsal həllər və ödəyici təşəbbüsü ilə ödənişlər (push payments) istiqamətlərini əhatə edən regional komandaya rəhbərlik etməyə başlayıb. 2021-ci ildən Visa-nın Mərkəzi Asiya və Azərbaycan üzrə yeni vitse-prezident və regional meneceri seçilib.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı