“Volkswagen” Şanxayda istehsala başlayıb

Alman avtomobil nəhəngi “Volkswagen AG” çinli avtomobil istehsalçısı “SAIC Motor Corp. LTD.” ilə Çinin Şanxay şəhərində ortaq inşa etdiyi zavodunda elektriklə işləyən avtomobillərin ilk sınaq nüsxələrinin istehsalına başlayıb.

“Reuters” xəbər agentliyinin məlumatına görə, “Volkswagen” öz rəqiblərini elektriklə işləyən avtomobil bazarında qabaqlamaq üçün 2020-ci ildə daha iki zavod istifadəyə verəcək.

Alman şirkətinin elektrikli avtomobil istehsalına başlaması barədə ilkin məlumatlar, “Tesla” şirkətinin Çindəki illik 500000 elektrikli avtomobil istehsal imkanına malik zavodunu istifadəyə verməsindən sonra yayılıb.

Qeyd edək ki, Çində son dövrdə elektrikli avtomobil istehsalı pik nöqtədədir. Belə ki, 2018-ci ildə Çində ümumi elektrik avtomobili istehsalı 61.7% artaraq 1.3 milyona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır