“Volkswagen” Türkiyə qərarından imtina edib

Almaniyanın biznes xəbərləri portalı “Handelsblatt” dünən yayınladığı məlumatda “Volkswagen” şirkətinin Türkiyənin Manisa şəhərində planlaşdırdığı avtomobil zavodu layihəsini təxirə saldığını açıqlayıb.

Şirkət bu qərarının əsas səbəbi kimi Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatları göstərib. Belə ki, bu əməliyyatlar davam etdiyi müddətcə “Volkswagen” şirkəti Türkiyəyə sərmayə qoymağa davam etdiyi təqdirdə beynəlxalq səviyyədə şirkətin reputasiyasına xələl gələ bilər.

Qeyd edək ki, alman avtomobil nəhəngi bu yaxınlarda Türkiyədə özünün törəmə qurumunu təsis edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır